Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT

    22 Dekabr 2025 19:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının intihar aktı törətmək üçün tapşırıq verdiyi Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində saxlanılaraq Türkiyəyə gətirilib.

    AzerVoice-un məlumatına görə, MİT-in apardığı kəşfiyyat tədbirləri çərçivəsində Əfqanıstan–Pakistan bölgəsində İŞİD-in tərkibində fəaliyyət göstərən türk mənşəli şəxsin olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs İŞİD-ə məxsus düşərgələrdə aktiv fəaliyyət göstərib və zamanla təşkilat daxilində rəhbər vəzifəyə qədər yüksəlib.

    Müəyyən edilib ki, “Yahya” kod adlı Mehmet Gören əvvəllər Türkiyədən Əfqanıstan–Pakistan bölgəsinə terror təşkilatı üzvlərinin ötürülməsində fəal rol oynayan və “Abu Yasir Al Turki” kod adlı Özgür Altunla birgə fəaliyyət göstərib. Qeyd edək ki, Özgür Altun daha əvvəl saxlanılaraq Türkiyəyə gətirilib və həbs edilib.

    MİT-in əldə etdiyi məlumatlara əsasən, Mehmet Gören Əfqanıstan, Pakistan, Türkiyə və Avropada mülki şəxslərə qarşı intihar aktı törətməyə razılıq verib. Terrorçunun bölgədəki mövcud yeri dəqiqləşdirildikdən sonra əməliyyat həyata keçirilib və o, Türkiyəyə gətirilib.

    Araşdırmalar zamanı Mehmet Görenin Türkiyədən Əfqanıstan–Pakistan bölgəsinə keçdiyi, İŞİD düşərgələrində fəaliyyət göstərərək rəhbər vəzifəyə yüksəldiyi, eləcə də Pakistanda İŞİD mövqelərinə qarşı həyata keçirilən hava zərbələrindən sağ çıxdığı müəyyən olunub.

    Terrorçunun ifadəsində Türkiyədən bölgəyə terrorçu ötürülməsini təşkil edən Özgür Altunla əlaqələri, İŞİD tərkibində aldığı silahlı və dini təlimlər, həmçinin təşkilat adından intihar aktı həyata keçirmək üçün verilən tapşırıqlar barədə məlumatlar yer alıb.

    MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı terror aktlarının qarşısı alınıb, təşkilatın üzv toplama fəaliyyəti ifşa edilib və terror planları zərərsizləşdirilib.

    İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT
    #İŞİD #MİT #Türkiyə Milli Kəşfiyyat Təşkilatı #terror əməliyyatı #MİT İŞİD-in intihar aktı planlaşdıran üzvünü saxlayıb #İŞİD üzvü Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində tutulub #MİT-in əməliyyatı ilə İŞİD-in Türkiyəyə qarşı planları ifşa edilib #İŞİD-in Horasan Vilayəti ilə əlaqəli şəxs Türkiyəyə gətirilib #MİT İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı terror aktının qarşısını alıb #İŞİD üzvü Mehmet Görenin saxlanılması ilə terror planları zərərsizləşdirilib #MİT İŞİD-in intihar aktı planlayan terrorçusunu ölkəyə gətirib #Türkiyə MİT-i İŞİD üzvünü xaricdə keçirilən əməliyyatla saxlayıb
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq müharibəsindən sonra dövlət institutlarının transformasiyası və regional təsirlər

    17 Dekabr 2025 02:00

    Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat keçirilir

    14 Dekabr 2025 22:32

    Tramp Suriyada ABŞ hərbçilərinin öldürülməsinə münasibət bildirib

    14 Dekabr 2025 10:01

    Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

    11 Dekabr 2025 09:24

    İstanbulda İŞİD-ə partlayıcı təmin edən 14 şübhəli saxlanılıb

    26 Noyabr 2025 11:23

    Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

    1 Noyabr 2025 12:09

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    27 Oktyabr 2025 15:42

    Suriyanın milli birliyinin təmin edilməsi regional sülhün açarıdır

    25 Oktyabr 2025 08:00

    Suriya yenidən bizim tərəfimizdədir-ABŞ nümayəndəsi Tom Barak

    19 Oktyabr 2025 20:38

    Moskva və Dəməşq arasında taktiki yaxınlaşmaya strateji inam yoxdur

    15 Oktyabr 2025 15:00

    Türkiyə və Suriya terrorla mübarizə və sərhədlərin təhlükəsizliyini müzakirə edib

    12 Oktyabr 2025 19:28

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    2 Oktyabr 2025 10:47
    Demo
    XƏBƏR LENTİ

    İsrail XİN rəhbəri Qərb ölkələrində yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb

    İsrail Livanda daha 3 nəfəri öldürüb

    İtaliya UNIFIL-in mandatı bitdikdən sonra Livanda hərbi mövcudluğunu saxlamaq niyyətindədir

    ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib

    İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT

    Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Ukrayna Donetski itirə biləcəyini qapalı danışıqlarda qəbul edir - ABŞ vitse-prezidenti

    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

    “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.