BAKI, AzerVoice
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs vilayətinin və Suriya səhrasının bir neçə ərazisində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.
AzerVoice-un məlumatına görə, bu barədə barədə "Əl-İxbariyyə" telekanalı xəbər verib.
Məlumata əsasən, əməliyyat Palmirada birgə Suriya-Amerika patruluna edilən hücuma cavab olaraq keçirilir.
Təhlükəsizlik qüvvələrinin nümayəndəsi Əli əl-Sufi bildirib ki, əməliyyat Suriyanın şərq və cənub-şərq hissələrində, Suriya səhrasında gizlənən İŞİD ilə əlaqəli silahlılara qarşı yönəlib. "Syria TV"-nin məlumatına əsasən, ABŞ-nin rəhbərlik etdiyi koalisiya atışma hadisəsindən sonra Palmira və ətraf ərazilərdə həbs kampaniyası aparır.
