Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail XİN rəhbəri Qərb ölkələrində yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb

    22 Dekabr 2025 20:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrailin xarici işlər naziri Gideon Saar Qərb ölkələrində antisemitizmin artması fonunda yəhudiləri İsrailə köçməyə çağırıb.

    AzerVoice-un məlumatına görə, Saar bu çağırışı yəhudi Hanukka bayramının son günü münasibətilə keçirilən mərasimdə səsləndirib. Onun sözlərinə görə, yəhudilərin bütün dünyada təhlükəsiz yaşamaq hüququ olsa da, mövcud vəziyyət ciddi narahatlıq doğurur.

    Nazir bildirib ki, antisemitizmin artması yəhudilərin təhlükəsizliyinə birbaşa təhdid yaradır və tarixi təcrübə bu cür proseslərin nəticələrini açıq şəkildə göstərir. O, İngiltərə, Fransa, Avstraliya, Kanada və Belçikada yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb.

    Bu bəyanat Avstraliyanın Sidney şəhərində yəhudi icmasının tədbiri zamanı baş verən silahlı hücumdan bir həftə sonra səsləndirilib. Avstraliya rəsmiləri dekabrın 14-də Bondi çimərliyində keçirilən Hanukka tədbirinə hücumun İŞİD ideologiyasından ilhamlandığını açıqlayıblar.

    Qeyd edək ki, Qəzza zolağında müharibənin başlamasından sonra İsrail rəsmiləri Qərb ölkələrində antisemitizm hallarının artdığını bildirir və bu ölkələrin hökumətlərini yəhudi icmalarının təhlükəsizliyini təmin etmək üçün yetərli addımlar atmamaqda ittiham edirlər.

    Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da Qərb ölkələrini yəhudi icmalarının təhlükəsizliyini gücləndirməyə çağırıb. O, hökumətlərin antisemitizmə qarşı daha sərt tədbirlər görməsinin vacibliyini vurğulayıb.

    Xatırladaq ki, İsrailin 1950-ci ildə qəbul edilmiş “Qayıdış Qanunu”na əsasən, dünyadakı bütün yəhudilər, eləcə də ən azı bir yəhudi nənə və ya babası olan şəxslər İsrailə köçərək vətəndaşlıq əldə etmək hüququna malikdirlər.

    #İsrail antisemitizmin artması fonunda yəhudilərə köç çağırışı edib #Saar: Qərb ölkələrində yəhudilər təhlükə altındadır #İsrail rəsmisi Qərbdə antisemitizmə diqqət çəkib #İsrail yəhudi icmalarını evə qayıtmağa çağırır #Qərbdə antisemitizm halları #yəhudi icmalarının təhlükəsizliyi #İsrailə köç çağırışı #Qayıdış Qanunu #İsrail vətəndaşlığı #dini tədbirə hücum #İŞİD ideologiyası #Qərb hökumətlərinin məsuliyyəti #İsrail yəhudiləri niyə ölkəyə köçməyə çağırır #Qərb ölkələrində antisemitizm niyə artır #Sidney yəhudi tədbirinə hücumun səbəbi #İsrailin Qayıdış Qanunu nədir #yəhudi icmalarının təhlükəsizliyi ilə bağlı çağırış
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.