Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriya yenidən bizim tərəfimizdədir-ABŞ nümayəndəsi Tom Barak

    19 Oktyabr 2025 20:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    ABŞ-ın Suriyaya xüsusi nümayəndəsi Tom Barak “X” (keçmiş Twitter) sosial platformasında Dəməşq və beynəlxalq koalisiyanın Dəməşq əyalətinin əl-Dumeyr bölgəsində keçirdiyi birgə əməliyyatla bağlı paylaşım edərək yazıb: “Suriya yenidən bizim tərəfimizdədir.”

    Suriya Daxili İşlər Nazirliyi bildirib ki, Dəməşq əyalətinin şimal bölgələrindən birində fəaliyyət göstərən “İŞİD”-ə mənsub terrorçu hüceyrə məhv edilib. Əməliyyat ümumi təhlükəsizlik idarəsi tərəfindən əyalətin daxili təhlükəsizlik qüvvələrinin komandanlığı ilə əməkdaşlıqda həyata keçirilib. Nəticədə, bir terrorçu saxlanılıb, iki nəfər isə zərərsizləşdirilib, həmçinin silah və sursat anbarı ələ keçirilib.

    Nazirliyin “Telegram” kanalında dərc etdiyi açıqlamaya əsasən, əməliyyat dərin sahə müşahidəsi və hüceyrənin hərəkətlərinin davamlı izlənməsi nəticəsində həyata keçirilib. Əməliyyat “İŞİD” terror təşkilatına mənsub silahlı qrupun tam şəkildə zərərsizləşdirilməsi ilə nəticələnib: bir nəfər tutulub, iki nəfər məhv edilib. Məlumata görə, onlardan biri toqquşma zamanı özünü partlatmağa cəhd göstərib, lakin bu, qarşısı alınaraq boşaldılmış kəmərli partlayıcı ələ keçirilib.

    Nazirlik həmçinin saxlanılan şəxsin istintaq üçün səlahiyyətli orqanlara təhvil verildiyini, onun barəsində qanunlara uyğun tədbirlərin görüləcəyini qeyd edib. Əldə olunan silahlar və sursatlar müsadirə edilib.

    Daxili İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, bu əməliyyat terrorizmlə mübarizədə qabaqlayıcı strategiyanın bir hissəsidir və ölkənin təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq və peşəkarlıq səviyyəsini nümayiş etdirir.

    Qeyd edək ki, beynəlxalq koalisiya Suriya Müdafiə və Daxili İşlər Nazirlikləri ilə əməkdaşlıq çərçivəsində bu ilin iyul ayında Hələb əyalətinin şərqində yerləşən əl-Bab şəhərində hava-desant və hücum əməliyyatı həyata keçirmişdi. Həmin əməliyyat nəticəsində dörd terrorçu məhv edilmiş, “İŞİD”in iraqlı liderlərindən biri və bir neçə nəfər köməkçisi həbs olunmuşdu.

    Sosial şəbəkələrdə yayılan videolarda Daxili İşlər və Müdafiə Nazirliklərinə məxsus hərbi texnikanın səhər tezdən şəhərə daxil olduğu və əməliyyatın böyük dəqiqliklə aparıldığı görünür.

    Avqust ayında Suriya təhlükəsizlik mənbələri məlumat verib ki, beynəlxalq koalisiya İdlib əyalətinin şimalındakı Atme qəsəbəsində hava-desant əməliyyatı keçirib. Əməliyyat zamanı “İŞİD”in yüksək rütbəli iraqlı liderlərindən biri öldürülüb.

    Mənbələrin bildirdiyinə görə, hədəf alınan ev Atme sakini Əhməd Mustafa əl-Şeyxə məxsus olub. Əməliyyatın əsas hədəfi isə “İŞİD”-in “İraq vilayəti” strukturunda fəaliyyət göstərən və təşkilatın Suriyadakı hüceyrələrini əlaqələndirən iraqlı lider Salah Numan idi.

    #İŞİD #İŞİD terror təşkilatı #İŞİD və şiə qrupları #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #İŞİD-lə mübarizə Suriyada #Tomas Barak #Tom Barrak
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda İŞİD-ə partlayıcı təmin edən 14 şübhəli saxlanılıb

    26 Noyabr 2025 11:23

    İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

    11 Noyabr 2025 20:57

    Əş-Şaraa Vaşinqtona səfər edəcək

    1 Noyabr 2025 22:09

    Türkiyə olmasaydı, Qəzza atəşkəsi mümkün olmazdı - Tom Barak

    1 Noyabr 2025 20:56

    Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

    1 Noyabr 2025 12:09

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    27 Oktyabr 2025 15:42

    Suriyanın milli birliyinin təmin edilməsi regional sülhün açarıdır

    25 Oktyabr 2025 08:00

    Türkiyə Suriyanın şimalında tunelləri məhv edib

    23 Oktyabr 2025 18:50

    Moskva və Dəməşq arasında taktiki yaxınlaşmaya strateji inam yoxdur

    15 Oktyabr 2025 15:00

    Türkiyə və Suriya terrorla mübarizə və sərhədlərin təhlükəsizliyini müzakirə edib

    12 Oktyabr 2025 19:28

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    2 Oktyabr 2025 10:47

    Küveyt İŞİD üzvünün məscidlərdən birinə hücum planını zərərsizləşdirib

    30 Sentyabr 2025 20:23
    Demo
    XƏBƏR LENTİ

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

    Ablutofobiya nədir?

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Makron Zelenski ilə telefon danışığı aparıb

    Türkiyədən Özbəkistana hazır geyim ixracı 28 milyon dolları keçib (ÖZƏL)

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.