Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

    22 Dekabr 2025 18:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Dekabrın 22-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

    AzerVoice xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    İclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

    Daha sonra Ə.Əsədov və C.Yılmazın həmsədrliyi və hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

    İclasda qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.

    2021-ci il iyunun 15-də Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsinin ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdığı bildirilib.

    Dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlərin və sıx təmasların strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən əsas amil olduğu bildirilib.

    Təkcə bu il Prezidentlər arasında 7 qarşılıqlı səfərin baş tutduğu diqqətə çatdırılıb.

    Prezident İlham Əliyevin 19 iyun tarixində Türkiyəyə son səfəri zamanı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminin keçirildiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etdiyi vurğulanıb. Bütün bunların siyasi dialoqun yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

    Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

    Türk Dövlətləri Təşkilatının hər iki ölkə üçün xüsusi əhəmiyyətə malik olduğu vurğulanaraq Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərdikləri qeyd edilib.

    Oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşünün baş tutduğu və sədrliyin Azərbaycana keçdiyi bildirilib, sədrliyimiz dövründə təşkilatın öz inkişafını davam etdirəcəyinə və nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.

    Bu il TDT-də yeni formatın – Hökumət başçılarının/Vitse-prezidentin görüşünün yaradıldığı, Qırğızıstanda keçirilən ilk görüşdən sonra Azərbaycanın 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

    İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaq Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcud olduğunu göstərir.

    Preferensial Ticarət Sazişinin nəticələrinin təhlil edilərək əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

    İnvestisiya sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

    Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları meqa enerji layihələrinin böyük regional və qlobal əhəmiyyət daşıdığı bildirilib.

    Cənub Qaz Dəhlizinin strateji önəmi vurğulanaraq son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatdığı, onlardan 10-nun Avropa ölkəsi olduğu bildirilib.

    Birgə səylərlə artıq Suriyaya qaz nəqlinə başlanıldığı, ilk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazının Yaxın Şərq regionuna çatdığı vurğulanıb.

    Cari ilin mart ayında istismara verilən İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirdiyi diqqətə çatdırılıb.

    Elektrik enerjisi sahəsində də qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək bu gün Naxçıvan-Türkiyə enerji qovşağı layihəsi üzərində fəal işin aparıldığı qeyd edilib. Vurğulanıb ki, Naxçıvanın bərpa olunan enerji potensialından istifadə olunaraq Türkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflər sırasındadır.

    Nəqliyyat sahəsi Azərbaycan-Türkiyə əməkdaşlığının prioritet istiqamətlərindən biri kimi dəyərləndirilib. İki ölkə arasında avtomobil və dəmir yolu nəqliyyatı ilə yük daşımaları sahəsində əməkdaşlığın gündəliyində duran aktual məsələlər müzakirə olunub.

    Orta Dəhlizin mühüm halqası olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığı vurğulanıb. Ə.Əsədov BTQ dəmir yoluna əlavə yük axınlarının cəlb edilməsi üçün səylərin artırılmasının önəmini qeyd edib.

    Orta Dəhlizin inkişafının hər iki ölkə üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

    Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi üzrə Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyəti qeyd olunub.

    İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas xəttinə çevriləcəyi vurğulanıb. Avqustda Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti qeyd edilib.

    Azərbaycan və Türkiyənin həmçinin humanitar əlaqələrə böyük əhəmiyyət verdikləri bildirilib. Təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.

    2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan Türkiyə–Azərbaycan Universiteti (TAU) təhsil sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirilib.

    Bu ilin sentyabrında Bakıda Türk Anadolu Liseyinin yeni filialının açılmasından məmnunluq ifadə olunub, növbəti tədris ilindən İstanbulda da Azərbaycan məktəbinin yaradılacağı diqqətə çatdırılıb.

    Peşə təhsili sahəsində əməkdaşlığın nəticələri təqdir edilib, bu sahədə Türkiyənin təcrübəsinin ölkəmiz üçün faydalı olacağına ümidvarlıq ifadə olunub.

    Eyni zamanda ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

    Ə.Əsədov Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə C.Yılmaza təbriklərini çatdırıb, tədbirə hazırlıq prosesində Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

    İclasda hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

    Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının Protokolunu imzaladılar və ikitərəfli əməkdaşlığın aktual sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını təsdiqlədilər.

    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
    #Nazirlər Kabineti #Naxçıvan Muxtar Respublikası #Azərbaycan ilə Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib. #Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya #Azərbaycanın Baş naziri Əli Əsədov #Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz #Türkiyənin COP31-in ev sahibi seçilməsi #Türkiyə–Azərbaycan Universiteti (TAU) #Bakıda Türk Anadolu Liseyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əlahiddə Ümumqoşun Ordunun 12-ci ildönümü qeyd edilib

    18 Dekabr 2025 20:19

    Əli Əsədov Həştərxan qubernatoru ilə iqtisadi və humanitar əməkdaşlığı müzakirə edib

    16 Dekabr 2025 13:44

    Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi — Proses necə aparılacaq?

    16 Dekabr 2025 12:00

    Baş nazir Əli Əsədov Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

    12 Dekabr 2025 13:58

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılış mərasimində iştirak edib

    11 Dekabr 2025 20:36

    Aşqabadda Əli Əsədov Sərdar Berdiməhəmmədovla Azərbaycan–Türkmənistan əməkdaşlığını müzakirə edib

    11 Dekabr 2025 17:40

    Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib

    11 Dekabr 2025 16:08

    Naxçıvan MR-də dəmir yollarının tikinti-bərpa işlərindən görüntülər

    6 Dekabr 2025 11:54

    Tramp Marşrutunun zamanında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir – Ceyhun Bayramov

    4 Dekabr 2025 18:19

    Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini ilə görüşüb

    26 Noyabr 2025 13:29

    Baş naziri Əli Əsədov Dünya Su İdmanı Federasiyasının prezidenti ilə görüşüb

    18 Noyabr 2025 20:39

    Əli Əsədov Türkiyə təyyarəsinin qəzaya uğraması səbəbindən İrakli Kobaxidze ilə əlaqə saxlayıb

    11 Noyabr 2025 17:38
    Demo
    XƏBƏR LENTİ

    İtaliya UNIFIL-in mandatı bitdikdən sonra Livanda hərbi mövcudluğunu saxlamaq niyyətindədir

    ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib

    İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT

    Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Ukrayna Donetski itirə biləcəyini qapalı danışıqlarda qəbul edir - ABŞ vitse-prezidenti

    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

    “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib

    Görürük ki, SDQ irəliləyiş əldə etmək niyyətində deyil - Hakan Fidan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.