Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib

    22 Dekabr 2025 19:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İran rəhbərliyinin ABŞ ordusunun iyun ayında Fordo nüvə obyektinə endirdiyi zərbənin “lazımi mesajını tam şəkildə almadığını” bildirib.

    AzerVoice-un məlumatına görə, Hakabi bu fikirləri İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna verdiyi müsahibədə səsləndirib.

    ABŞ ordusunun 22 iyunda Fordo nüvə obyektinə endirdiyi hava zərbəsini xatırladan səfir bildirib ki, Tehranın yenidən bərpa işlərinə cəhd etməsi mesajın tam mənimsənilmədiyini göstərir. Onun sözlərinə görə, İran tərəfi obyektləri daha dərin və daha təhlükəsiz hala gətirməyə çalışır.

    Hakabi İranın nüvə proqramının təkcə İsrail və ABŞ üçün deyil, Avropa üçün də ciddi təhlükə olduğunu iddia edərək, Avropanın bu riski yetərincə dərk etmədiyini bildirib. ABŞ səfiri bu mövzuda Avropa paytaxtlarını sərt şəkildə tənqid edib.

    Suriya ilə İsrail arasında aparılan və hazırda dalana dirənən təhlükəsizlik danışıqlarına da toxunan Hakabi, İsrail və Suriya arasında razılaşmanın mümkün olduğunu bildirib. Onun sözlərinə görə, Suriya prezidenti Əhməd əş-Şəraa ölkədə sabitliyin və hakimiyyətin davamlılığının İsrail ilə sülh şəraitində yaşamaqdan keçdiyini anlayır.

    ABŞ səfiri İsrailin Suriyanı işğal etmək niyyətində olmadığını iddia edərək, İsrail ordusunun tampon zonanı yalnız təhlükəsizlik məqsədi ilə nəzarətə götürdüyünü qeyd edib.

    Qeyd edək ki, ABŞ İsrailə dəstək çərçivəsində 22 iyunda İranın Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə hava zərbələri endirib.

    #ABŞ #ABŞ-İran gərginliyi #Fordo nüvə obyekti #Yaxın Şərqdə sabitlik #ABŞ-ın Yaxın Şərq siyasəti #ABŞ səfiri #İranın nüvə fəaliyyəti #İsrailin təhlükəsizliyi #ABŞ səfiri İranın nüvə proqramı barədə nə dedi #Fordo nüvə obyektinə ABŞ zərbəsi #ABŞ-dan İranla bağlı son açıqlamalar #ABŞ İsrail Suriya təhlükəsizlik mövqeyi #İran nüvə proqramı regional təhlükə #nüvə obyektlərinə zərbələr #Avropa üçün təhlükə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukrayna Donetski itirə biləcəyini qapalı danışıqlarda qəbul edir - ABŞ vitse-prezidenti

    22 Dekabr 2025 18:38

    Azərbaycan və ABŞ enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edib

    22 Dekabr 2025 12:43

    Amerikalı bloqer Ceyk Pol çənə əməliyyatı keçirib

    21 Dekabr 2025 21:05

    ABŞ Venesuela sahillərində daha bir tankeri saxlayıb

    21 Dekabr 2025 20:42

    ABŞ Puerto Rikoda F-35A qırıcıları yerləşdirərək bölgədəki qüvvələrini gücləndirib

    21 Dekabr 2025 17:35

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    21 Dekabr 2025 13:12

    Ford ABŞ-də 270 mindən çox elektrik və hibrid avtomobilini geri çağırır

    21 Dekabr 2025 11:12

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    Erməni lobbisinin revanşist strategiyası: post-münaqişə dövründə sülh gündəliyinə qarşı sistemli təzyiqlər

    20 Dekabr 2025 14:58

    Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında

    20 Dekabr 2025 14:23

    Türkiyədən İsrail və Yunanıstana F‑35 xəbərdarlığı

    20 Dekabr 2025 13:08

    “The Oligarch’s Design” sənədli filmi təqdim edilib

    20 Dekabr 2025 12:19
    Demo
    XƏBƏR LENTİ

    İsrail XİN rəhbəri Qərb ölkələrində yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb

    İsrail Livanda daha 3 nəfəri öldürüb

    İtaliya UNIFIL-in mandatı bitdikdən sonra Livanda hərbi mövcudluğunu saxlamaq niyyətindədir

    ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib

    İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT

    Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Ukrayna Donetski itirə biləcəyini qapalı danışıqlarda qəbul edir - ABŞ vitse-prezidenti

    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

    “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.