Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Prezident Ərdoğan və Şimali Kipr Prezidenti ortaq açıqlama veriblər

    13 Noyabr 2025 20:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Erhürman Ankarada birgə mətbuat açıqlaması veriblər. AzerVoice xəbər verir ki, Prezident Ərdoğan çıxışında Kipr məsələsində Türkiyənin prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirib ki, adada ədalətli, davamlı və reallıqlara uyğun həll yoluna nail olmaq üçün mübarizə KKTC rəhbərliyi ilə sıx koordinasiya şəklində davam etdiriləcək.

    Ərdoğanın sözlərinə görə, Rum tərəfi nə siyasi gücü, nə də iqtisadi rifahı adadakı türklərlə bölüşmək niyyətindədir və Kipr türklərini azlıq statusuna endirməyə çalışır. O, Avropa İttifaqının Rum administrasiyasını üzv qəbul etməsinin də bölgədə balansı pozduğunu vurğulayıb.

    “Kiprdə ən realist həll iki dövlətin yan-yana mövcudluğunda mümkündür. Dünənin şərtləri ilə bugünün problemlərini həll etmək mümkün deyil. Türkiyə hər zaman ədalətli və nəticəyönümlü mövqeyini Kıbrıs türkləri ilə birlikdə davam etdirəcək,” – deyə Prezident Ərdoğan bildirib. O əlavə edib ki, KKTC-nin beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün siyasi və diplomatik səylər davam etdiriləcək.

    KKTC Prezidenti Erhürman çıxışında Türkiyə–KKTC münasibətlərinin hər dövrdə xüsusi xarakter daşıdığını qeyd edib. O bildirib ki, Kiprin cənubunda silahlanmanın artdığı bir mərhələdə Türkiyənin bölgənin təhlükəsizliyi və müzakirə prosesində rolu həlledicidir.

    “Kimsə düşünməsin ki, Türk xalqı masada olmayacaq. Əhatəli masa qurularsa orada olacağıq, qurulmadıqda isə qarşılıqlı faydaya əsaslanan danışıqlar masasında yerimizi alacağıq,” – deyə Erhürman qeyd edib.

    Görüşdə tərəflər Kıbrıs məsələsində dialoqun, bərabərhüquqluluğun və adada uzunmüddətli, davamlı həll yolunun vacibliyini vurğulayıblar.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Avropa İttifaqı #Ankara #KKTC #Şimali Kipr Türk Cümhuriyyəti #Tufan Erhürman #Kipr məsələsi #Türkiyə–KKTC münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkmənistanda Putinlə görüşüb

    12 Dekabr 2025 14:49

    Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir - Ərdoğan

    12 Dekabr 2025 10:28

    Türkiyə nöqtəni qoyur: Suriya düyünü son həddə çatır

    11 Dekabr 2025 18:36

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49

    Azərbaycan və Türkiyə HDQ nümayəndələri elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə ediblər

    11 Dekabr 2025 12:23

    Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

    11 Dekabr 2025 09:24

    Ərdoğan Türkmənistana səfər edəcək

    10 Dekabr 2025 15:16

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    10 Dekabr 2025 14:08

    Energetika naziri TDT çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün yaradılmasından danışıb

    10 Dekabr 2025 12:47

    ABŞ Türkiyənin S-400 sistemi saxlamasına icazə vermədən F-35 proqramına qoşulmasını müzakirə edir

    10 Dekabr 2025 11:20

    İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı

    10 Dekabr 2025 10:34

    Türkiyə Suriyanın yenidən qurulmasında fəal rol oynayacaq - Ərdoğan

    9 Dekabr 2025 16:09
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.