Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Kallas von der Leyenin “diktator” olmasından şikayətlənir

    26 Yanvar 2026 09:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas Avropa Komissiyasının sədri Ursula von der Leyenin idarəetmə üslubundan narazılığını gizlətmir və onu özəl söhbətlərdə “diktator” adlandırır.

    AzerVoice xəbər verir ki, Aİ rəsmilərinin bildirdiyinə görə, Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidməti 2010-cu ildə yaradılsa da, qurumun səlahiyyətləri üzv dövlətlərin, xüsusilə də iri ölkələrin xarici siyasəti öz nəzarətlərində saxlamaq istəyi səbəbindən daim məhdud olub.

    Məlumatlara əsasən, von der Leyenlə əvvəlki ali nümayəndə Josep Borrel arasında münasibətlər gərgin idi, lakin bu gərginlik Kallas dövründə daha da kəskinləşib.

    Rəsmilərin sözlərinə görə, Aralıq dənizi regionu Kallasın səlahiyyət dairəsindən çıxarılıb. Avropa Komissiyası ötən il Yaxın Şərq, Şimali Afrika və Körfəz ölkələrini əhatə edən ayrıca Baş Direktorluq – DG MENA yaradıb. Eyni zamanda, Avropa Xarici Fəaliyyət Xidmətinin strukturunun ixtisar edilməsi istiqamətində də işlər aparılır.

    Bu prosesə cavab olaraq Kaja Kallas Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunkerin nüfuzlu keçmiş aparat rəhbəri Martin Zelmayeri baş katib vəzifəsinə təyin etməyə cəhd göstərsə də, bu addım Ursula von der Leyenin ofisi tərəfindən bloklanıb.

    Yüksəkvəzifəli Aİ rəsmisinin sözlərinə görə, Kallas özəl söhbətlərdə Komissiya sədrinin qərarları mərkəzləşmiş qaydada verdiyini və avtoritar yanaşma sərgilədiyini iddia edir. Bununla belə, o, mövcud vəziyyəti dəyişmək üçün real imkanlarının məhdud olduğunu anlayır. Qeyd olunur ki, Kallasın Estoniyadan olması və təmsil etdiyi liberal siyasi qüvvənin Aİ miqyasında zəif mövqeyə malik olması onun institusional təsir imkanlarını daha da azaldır.

    #Avropa İttifaqı #Avropa Komissiyası #Ursula von der Leyen #Josep Borrell #Kaja Kallas #Avropa İttifaqının xarici siyasəti #Aİ-də institusional gərginlik #xarici siyasət səlahiyyətləri #Aİ-də liberal siyasi qüvvələr #Aİ daxili siyasi qarşıdurma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Aİ İranda etirazlara qarşı zorakılığı pisləyən qətnaməni qəbul etdi

    22 Yanvar 2026 17:25

    ABŞ-ın Avropa ölkələrinə əlavə tariflər tətbiq etmək qərarı səhvdir- Aİ

    20 Yanvar 2026 17:24

    Avropa İttifaqı ölkələri vətəndaşlarına İranı dərhal tərk etməyi tapşırıb

    15 Yanvar 2026 16:03

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Avropa Suriyanın bərpası və yenidən qurulması üçün əlindən gələni edəcək - Aİ

    9 Yanvar 2026 14:33

    Suriya Prezidenti Aİ rəhbəri ilə görüşüb

    9 Yanvar 2026 12:52

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54

    Aİ ABŞ-ın Venesueladakı hərbi müdaxiləsinə qarşı çıxış etdi

    3 Yanvar 2026 16:52

    Ömer Bolat: Azərbaycan investorları Türkiyə üzərindən Afrika, Yaxın Şərq və Aİ bazarlarına çıxış imkanlarını genişləndirir

    23 Dekabr 2025 11:50

    Zelenski Avropa İttifaqına 90 milyard avroluq kreditə görə təşəkkür edib

    19 Dekabr 2025 11:45

    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

    13 Dekabr 2025 12:18

    Avropa Komissiyası Polşanın ilk nüvə enerji stansiyasına yaşıl işıq yandırdı

    11 Dekabr 2025 11:26
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanının XİN rəhbəri Polşaya rəsmi səfər edib

    Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşdü

    Nani karyerasını Qazaxıstanda davam etdirəcək

    Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul edib

    İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

    ABŞ və İraq rəsmiləri İŞİD məhbusları və təhlükəsizlik məsələlərini müzakirə ediblər

    Qazaxıstanda prezidentin andiçmə qaydasının dəyişdirilməsi təklif olunur

    Keçən il Türkiyədən Türkmənistana dəri məhsulları ixracı artıb (ÖZƏL)

    Marko Verratti DÇ-2026-nın pley-off oyunları üçün İtaliya millisinə qayıtmaq istəyir

    ABŞ-ın sabiq prezidenti Klinton xalqı Trampa qarşı birləşməyə çağırıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.