BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Nigeriyanın xarici işlər naziri Yusuf Maitama Tuqar ilə görüşüb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, tərəflər paytaxtda bir araya gəliblər.
Qeyd edək ki, bu, Nigeriya xarici işlər nazirinin Türkiyəyə reallaşdırdığı ilk səfərdir.