Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Pezeşkian Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

    29 Oktyabr 2025 17:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 29 Oktyabr - Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.

    AzerVoice xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

    Çərşənbə günü göndərdiyi müraciətində Pezeşkian, iki ölkə arasında mövcud olan qədim və dostluq münasibətlərinin qarşılıqlı maraqlar naminə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

    Pezeşkian vurğulayıb ki, hazırkı şəraitdə İran və Türkiyə arasında əlaqələrin möhkəmləndirilməsi hər zamankından daha vacibdir. Onun sözlərinə görə, əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkə və region üçün sabitlik, təhlükəsizlik və inkişafın güclənməsinə xidmət edəcək.

    Pezeşkian, iki qonşu xalq arasında çoxsaylı ortaq dəyərlərin mövcud olduğunu qeyd edərək, iqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə birgə səylərin və davamlı məsləhətləşmələrin zəruriliyini diqqətə çatdırıb.

    Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 29 Oktyabr 1923-cü ildə Respublika idarəçiliyini elan etməsinin xatirəsinə hər il 29 Oktyabrda Türkiyə və Şimali Kiprdə Respublika Bayramı qeyd olunur. Bu bayram 1925-ci ildə qanunla milli bayram statusu almışdır.

    Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk 29 Oktyabr 1933-cü ildə verdiyi Onuncu İl Nitqində bu günü “ən böyük bayram” adlandırmışdır.

    Bayram münasibətilə stadionlarda şənliklər keçirilir, axşam isə ənənəvi fənər yürüşləri təşkil olunur. Xalq respublikaya böyük coşqu ilə sahib çıxır və son illərdə bu coşqu daha da artmışdır.

    Tarixi məlumata görə, Osmanlı İmperiyası 1876-cı ilə qədər mütləq monarxiya, 1876-1878 və 1908-1918-ci illər arasında isə konstitutsiyalı monarxiya ilə idarə olunmuşdur. I Dünya Müharibəsində məğlubiyyətin ardından Anadolu işğala məruz qalmış və xalq Mustafa Kamal Paşanın rəhbərliyi ilə Milli Mübarizə aparmışdır. 1922-ci ilin Oktyabrında milli qüvvələrin qələbəsi ilə bu mübarizə başa çatmışdır.

    Böyük Millət Məclisi 23 Aprel 1920-ci ildə Ankarada toplanmış və 20 Yanvar 1921-ci ildə Teşkilat-ı Esasiye Qanunu qəbul edərək suverenliyin türk xalqına aid olduğunu elan etmişdir. 1 Noyabr 1922-ci ildə isə sultanlıq ləğv edilmişdir.

    Mustafa Kamal Paşa və İsmet İnönü 29 Oktyabr 1923-cü ildə Məclisə təqdim etdikləri qanun dəyişikliyi ilə Respublikanın elan olunmasını təmin etmişdir. Bu elan Ankarada 101 top atəşi ilə elan edilmiş və 29-30 Oktyabr tarixlərində bütün ölkədə bayram kimi qeyd edilmişdir.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İran #Mustafa Kamal Atatürk #Məsud Pezeşkian #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #Türkiyə Böyük Millət Məclisi (TBMM) #29 oktyabr - Türkiyənin Respublikası Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Artan zorakılıq fonunda milli maraqları qoruyacağıq - İran ordusu

    10 Yanvar 2026 13:57

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    10 Yanvar 2026 11:45

    Qalatasaray - Fənərbağça oyununun başlama saatı dəyişdirildi

    9 Yanvar 2026 17:37

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Türkiyədə texniki dəstək xidməti üzrə tender elan edilib

    9 Yanvar 2026 16:51

    AZAL Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib

    9 Yanvar 2026 15:58

    Tramp öz ölkəsinin problemlərinə baxsın - Xamenei

    9 Yanvar 2026 13:55

    Türk Hava Yolları Tehrana uçuşları dayandırdı

    9 Yanvar 2026 12:33

    Türkiyə bələdiyyəsi tikinti materialları alımı üçün tender elan edib

    9 Yanvar 2026 11:27

    Zirvədə əsas məqsədimiz qadınların bu platformaya bağlanması, eyni enerjini, eyni ilhamı hiss etməsidir - Rafiq Hunaltay

    9 Yanvar 2026 10:53

    İranda iqtisadi etirazlarda ölənlərin sayı 42-yə çatdı

    9 Yanvar 2026 10:52

    İran, ABŞ və İsraillə müharibəyə hazırdır - İran XİN rəhbəri

    9 Yanvar 2026 09:58
    Demo
    XƏBƏR LENTİ

    Artan zorakılıq fonunda milli maraqları qoruyacağıq - İran ordusu

    Keçən il Antalya hava limanında sərnişindaşıma 39 milyon nəfəri keçib (ÖZƏL)

    İslam məzhəbləri tarixində vasililik cərəyanı nədir?

    Təhsil sənədlərinin “mygov” üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir

    Tramp ABŞ-ın neft şirkətlərinin rəhbərləri ilə Venesuelanı müzakirə edib

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

    Osmanlı dövlətində şeyxülislam necə müəyyən edilirdi?

    Səudiyyə Ərəbistanında keçirilən hərbi təlim başa çatıb

    QatarEnergy Livan sahillərində yeni kəşfiyyat blokunda pay alır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.