Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Artan zorakılıq fonunda milli maraqları qoruyacağıq - İran ordusu

    10 Yanvar 2026 13:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran ordusu ölkədə artan zorakılıq hadisələri fonunda “milli maraqları qoruyacağıq” mesajını verib.

    AzerVoice xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İran ordusu ölkədə baş verən etiraz aksiyaları və son dövrdə artan zorakılıq halları ilə bağlı açıqlama yayıb.

    Açıqlamada İran xalqının birlik və həmrəylik içində hərəkət etməsinin vacibliyi vurğulanıb, İran ordusunun digər silahlı qüvvələrlə birlikdə “milli maraqları, strateji infrastrukturu və dövlət əmlakını qətiyyətlə qoruyacağı” bildirilib.

    “Bu gün düşmən müxtəlif taktikalardan istifadə edərək ictimai asayişi pozmağa və ölkədə qeyri-sabit mühit yaratmağa çalışır. 12 günlük müharibə zamanı uşaqların qanına bulaşmış düşmən, İran xalqını qorumaq bəhanəsi ilə yeni fitnə törətməyə cəhd edir.” - deyə açıqlamada qeyd edilib.

    Qeyd olunub ki, 2025-ci il dekabrın 28-də ölkənin milli valyutasının xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarında ticarətçilərin başladığı etiraz aksiyaları qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.

    Etirazlar zamanı ölən və yaralananlarla bağlı rəsmi açıqlama verilməsə də, İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) yanvarın 9-da, aksiyaların 13-cü günündə yayımladığı hesabatda 15-i təhlükəsizlik əməkdaşı olmaqla 65 nəfərin həlak olduğunu, onlarla şəxsin yaralandığını və 2 min 311 nəfərin saxlanıldığını bildirib.

    İran ordusu xəbərləri, İranda etiraz aksiyaları, Tehran Böyük Bazar etirazları, zorakılıq halları, milli maraqların qorunması, strateji infrastrukturlar, dövlət əmlakı, HRANA hesabatı, saxlanılanlar, ölənlər, Yaxın Şərq gündəmi, Google News İran xəbərləri, Discover uyğun xəbər, LLM search signals.

    #İran #etirazlar #İran rəsmilərinin etirazı #İran etirazları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ceyhun Bayramov İrandakı vətəndaşlarımızın vəziyyətini açıqladı

    20 Yanvar 2026 10:31

    İranda etirazlar zamanı həlak olanların sayı 4 mini keçib

    20 Yanvar 2026 09:15

    Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq

    19 Yanvar 2026 18:32

    İranda iqtisadi etirazlar zamanı ölənlərin sayı 4 minə yaxınlaşır

    19 Yanvar 2026 10:05

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    18 Yanvar 2026 21:01

    İran rəsmisi Trampın 800 edamın ləğvi ilə bağlı bəyanatını təkzib etdi

    18 Yanvar 2026 18:37

    Tramp İran üzərinə hücum əmrini vermək istədi, lakin fikrini dəyişdi

    17 Yanvar 2026 13:15

    İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 4 minə yaxınlaşıb

    17 Yanvar 2026 10:02

    İranda internet məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırılır

    17 Yanvar 2026 09:34

    Putin və Pezeşkiyan regiondakı gərginliyi müzakirə ediblər

    16 Yanvar 2026 17:05

    İranda etiraz aksiyaları zamanı həlak olanların sayı 2 min 600 nəfəri keçib

    16 Yanvar 2026 09:27

    Pekin Tehrana dəstək mesajı verdi

    15 Yanvar 2026 17:12
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev ABŞ Prezidentinə məktub ünvanlayıb

    Donald Tramp Prezident İlham Əliyevə dəvət məktubu ünvanlayıb

    Aeroport şosesində buzlanma səbəbindən nəqliyyatın hərəkəti çətinləşib

    Ərdoğan Bahçeli ilə görüşəcək

    Fransa Qrenlandiyada NATO təlimi təşkil edilməsini tələb edib

    Prezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb

    Prezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb

    İran hücuma məruz qalacağı təqdirdə bütün imkanlarını səfərbər edəcək - Əraqçi

    “Bismillah”la başlayan əməliyyat: Ərəb qəbilələrinin seçimi Suriyanın şərqində güc balansını necə dəyişdi?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.