Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Təhsil sənədlərinin “mygov” üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir

    10 Yanvar 2026 12:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.

    AzerVoice xəbər verir ki, yeni qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal müstəviyə keçəcək.

    Vətəndaşlar təhsil haqqında sənədlərini “mygov” platforması üzərindən təqdim edə biləcək və bu sənədlər tam hüquqi qüvvəyə malik olacaqdır. Bunun üçün “mygov” platformasında “Xidmətlər” bölməsindən “Təhsil” kateqoriyasını seçərək müvafiq məlumat və sənədlərə çıxış əldə etmək mümkün olacaqdır. Bundan əlavə, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kod vasitəsilə paylaşa, həmçinin sənədləri PDF formatında yükləyə bilərlər. Tətbiqdə yer alan “Paylaşdığım məlumatlarım” bölməsi vasitəsilə isə təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platformada paylaşıldığına dair tarixçəni izləmək mümkündür.

    Qeyd edək ki, bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində bir sıra təhsil məlumatları rəqəmsallaşaraq “mygov”-a inteqrasiya olunub. Hazırda platforma üzərindən diplom və xarici diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, xaricdə təhsil üzrə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri, cari ali və orta ixtisas təhsili, cari ümumi təhsil haqqında məlumatlar, eləcə də imtahana buraxılış vərəqəsi kimi sənəd və məlumatlar vətəndaşlara təqdim olunur. Sənəd və məlumatların əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi və platforma üzərindən daha çox təhsil məlumatının əlçatan edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

    #Azərbaycan #Bakı #Elm və Təhsil Nazirliyi #Nazirlər Kabineti #mygov #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sloveniya yığmasının sabiq üzvü Azərbaycanda oynaya bilər

    18 Yanvar 2026 14:25

    BDYPİ bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət etdi

    18 Yanvar 2026 13:57

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    18 Yanvar 2026 13:54

    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    18 Yanvar 2026 13:35

    Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirdi

    18 Yanvar 2026 13:16

    Bu gün Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək

    18 Yanvar 2026 10:24

    AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü

    17 Yanvar 2026 15:54

    Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Göygöl rayonunda vətəndaşları qəbul edib

    17 Yanvar 2026 13:36

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    16 Yanvar 2026 12:57

    Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

    16 Yanvar 2026 12:50

    İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıq məsələləri müzakirə edildi

    15 Yanvar 2026 18:12
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.