BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlar nəticəsində son iki həftə ərzində 77 şübhəli şəxs saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, jandarma qüvvələri tərəfindən son iki həftə ərzində aparılan əməliyyatlar FETÖ-yə qarşı mübarizə çərçivəsində həyata keçirilib.
Məlumata görə, saxlanılan şəxslərin terror təşkilatının mövcud strukturunda fəal iştirak etdikləri, ankesörlü telefonlar vasitəsilə təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ ilə əlaqəli olduğu iddia edilən saxta yardım təşkilatlarına maliyyə dəstəyi göstərdikləri, həmçinin sosial media üzərindən terror təbliğatı apardıqları müəyyən edilib.
Yerlikaya qeyd edib ki, şübhəlilərdən 43 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində adli nəzarət tətbiq olunub, digər şəxslərlə bağlı hüquqi prosedurlar isə davam edir.
