BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Şemdinli Bələdiyyəsi 79 növ tikinti materialının alınması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 30 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 9 fevral 2026-cı il tarixinə qədər "Moda Mahallesi Kocaeli Caddesi 5 Şemdinli Belediyesi 30800 Şemdinli/Hakkari" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir