BAKI,AzerVoice
Türkiyənin Milli Təhsil naziri Yusuf Tekin məcburi təhsil müddətinin qısaldılmasının nəzərdən keçirildiyini bildirib.
AzerVoice xəbər verir ki, o, 12 illik məcburi təhsil müddətinin azaldılması ilə bağlı böyük ölçüdə ictimai rəyin formalaşdığını vurğulayaraq, “Tənqidlərin aradan qaldırılması üçün müəyyən islahatlar etməliyik”, – deyə qeyd edib.
Nazir Tekin 12 illik məcburi təhsil müddətinə yenidən baxmağı planlaşdırdıqlarını açıqlayıb.
“12 illik məcburi təhsil müxtəlif sosial qruplar tərəfindən fərqli şəkildə tənqid olunur. İctimaiyyətdən gələn tənqidlərin qarşısını almaq üçün təkmilləşdirmələr etməliyik. Böyük ölçüdə 12 illik məcburi təhsilin azaldılması yönündə ictimai fikir formalaşıb”.-deyə o qeyd edib.
O, hökumət olaraq bu istiqamətdə qərar qəbul etməli olduqlarını, qərar verildikdən sonra ictimaiyyətlə paylaşılacağını bildirib. Tekin 2011-ci ildə tətbiq edilən 4+4+4 sisteminin səbəblərini açıqlayaraq xatırladıb ki, 28 fevral dövründə peşə liselərinin və imam hatip məktəblərinin qarşısını almaq üçün 8 illik məcburi təhsil tətbiq olunmuşdu. Onun sözlərinə görə, bu antidemokratik tətbiqi aradan qaldırmaq üçün 8 il “4+4” formatında iki hissəyə bölünüb.