Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    KAAN döyüş təyyarəsi layihəsində yeni mərhələ: İlk uçuşlar 2026-cı ilin yazında planlaşdırılır

    6 Sentyabr 2025 11:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ), milli beşinci nəsil döyüş təyyarəsi KAAN proqramında yeni mərhələyə keçildiyini açıqlayıb. Şirkət nümayəndələrinin bildirdiyinə görə, layihə çərçivəsində hazırlanan iki yeni prototipdən birincisi artıq sistem inteqrasiyası mərhələsinə daxil edilib.

    İlk uçuşlar 2026-cı ildə jəyata keçiriləcək

    TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu 29 avqustda verdiyi açıqlamada, bu iki prototipin uçuşlarının müvafiq olaraq 2026-cı ilin aprel və may aylarında keçirilməsinin planlaşdırıldığını bildirib. O, bu prosesi “intensiv uçuş sınaqlarının başlanğıcı” kimi xarakterizə edib.

    AzerVoice xəbər verir ki, iki prototipin struktur montajının böyük ölçüdə tamamlandığı, Ankaradakı son montaj xəttində isə sistem inteqrasiyasına start verildiyi açıqlanıb. Yeni prototiplərin, 2024-cü ildə iki uğurlu sınaq uçuşu həyata keçirən ilk P0 prototipinə nisbətən daxili texnologiya və avadanlıq baxımından daha təkmil olacağı vurğulanır.

    Proqram çərçivəsində uçuş testlərini dəstəkləmək üçün ümumilikdə 6 prototipin istehsalı nəzərdə tutulur. Bundan başqa, ayrıca bir yer sınaq aparatı da hazırlanır.

    KAAN prototipləri TUSAŞ-ın yeni istifadəyə verilmiş modern montaj xəttində yığılır. Burada bəzi əsas komponentlər – məsələn, 14 metrlik qanad və 3,3 ton ağırlığında struktur hissələr – şaquli şəkildə quraşdırılır.

    Türk Hava Qüvvələrinin F-16-ları əvəz etməsi üçün ilkin mərhələdə 148 ədəd təyyarəyə ehtiyac olduğu qeyd olunur. Lakin bu sayın İndoneziyanın sifariş etməyi planlaşdırdığı 48 təyyarəni də əhatə edib-etmədiyi hələ dəqiqləşməyib.

    İlk təyyarələrin 2029-cu ildə, 20 ədədlik “Blok 10” konfiqurasiyası ilə təhvil verilməsi gözlənilir. Bu partiya məhdud imkanlarla xidmətdə istifadə olunacaq və test mərhələsi irəlilədikcə təkmilləşdiriləcək. Hazırda TUSAŞ-ın illik istehsal gücü 8 təyyarədir, lakin tam güclü istehsal üçün zavodların genişləndirilməsi planlaşdırılır.

    #Türkiyə #TUSAŞ #KAAN #Türkiyə müdafiə sənayesi #Ankara #İndoneziya #F16 #Mehmet Demiroğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    6 Dekabr 2025 20:50

    İndoneziyada daşqın qurbanlarının sayı 900 nəfəri ötüb

    6 Dekabr 2025 14:29

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

    2 Dekabr 2025 12:28

    Fərqanidən tarixi addım: Türkiyənin ilk Orbitaya Transfer Aparatı kosmosda

    2 Dekabr 2025 11:15
    Demo
    XƏBƏR LENTİ

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.