BAKI,AzerVoice, Fərid Mikayılov
Sivas Bələdiyyəsi, inşaat, elektrik və mexaniki təsisat materiallarının satınalınması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsullar tenderin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 3 oktyabr 2025-ci il tarixinə qədər "Sularbası Mahallesi Kızılay So Sivas Merkez/Sivas" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir