Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Leman jurnalı ilə bağlı 6 şübhəli barəsində yeni ittiham aktı hazırlanıb

    4 Sentyabr 2025 19:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının Leman jurnalında dərc olunmasına dair aparılan istintaq çərçivəsində jurnalı idarə edənlərin də daxil olduğu 6 şübhəli barəsində ittiham aktı hazırlanıb.

    AzerVoice-un məlumatına görə, İstanbul Baş Prokurorluğu tərəfindən iyunun 26-da Leman jurnalında dərc olunmuş karikatura ilə bağlı başlanmış istintaq başa çatıb.

    Hazırlanan ittiham aktında məsul redaktorlar Zafer Aknar və Aslan Özdemir, müəssisə müdiri Ali Yavuz, qrafik dizayner Cebrail Okçu, həmçinin barəsində axtarış qərarı çıxarılan baş redaktor Mehmet Tuncay Akgün mətbuat və yayım yolu ilə xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunurlar. Prokurorluq onların hər biri üçün 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası tələb edib.

    Karikaturanın müəllifi Doğan Pehlevan barəsində isə ardıcıl şəkildə mətbuat və yayım yolu ilə xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək ittihamı irəli sürülərək 1 il 10 ay 15 gündən 7 il 6 aya qədər həbs cəzası istənilib. İttiham aktı hazırda araşdırılır.

    Xatırladaq ki, istintaq çərçivəsində Doğan Pehlevan Prezidentə təhqir və xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltmaq maddələri üzrə, yazı işləri müdiri Zafer Aknar, müəssisə müdiri Ali Yavuz və qrafik dizayner Cebrail Okçu isə xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltmaq ittihamı ilə həbs edilmişdi.

    Digər şübhəli, yazı işləri müdiri Aslan Özdemirin isə ölkə xaricində olduğu, İstanbul Hava Limanından Türkiyəyə giriş edəcəyi müəyyənləşdirilmişdi. Baş Prokurorluğun göstərişi ilə onun hava limanında saxlanılması barədə polisə təlimat verilmiş və Fransadan gələn təyyarədən endikdən sonra nəzarətə alınaraq məhkəmə qərarı ilə həbs edilmişdi.

    #Türkiyə #İstanbul Baş Prokurorluğu #Məhəmməd Peyğəmbər #istintaq prosesi #istintaq #Leman jurnalı #saxlanılma #həbs #həbs qərarı #ittiham aktı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxçanın borcu açıqlanıb

    31 Yanvar 2026 13:28

    Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub

    30 Yanvar 2026 09:05

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    29 Yanvar 2026 16:41

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 12:37

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib

    29 Yanvar 2026 09:37

    MİT İranın casus şəbəkəsini zərərsizləşdirib

    28 Yanvar 2026 17:39

    Türkmənistan–Türkiyə Hökumətlərarası Komissiyasının 9-cu iclası Aşqabadda keçiriləcək

    28 Yanvar 2026 17:12

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    İrana hücum müharibəni yenidən alovlandırmaq deməkdir - Hakan Fidan

    28 Yanvar 2026 14:37
    Demo
    XƏBƏR LENTİ

    Epşteyn Mossad agenti olub? İddialar istintaq materiallarında yer alıb

    Bu gün Ayətulla Xomeyni 15 illik sürgündən sonra içində İrana qayıtdı

    Bu gün Qrinzboroda ABŞ-da vətəndaş hüquqları tarixində dönüş nöqtəsi olan “oturaq etiraz” hərəkatı başladı

    Robert Kolleci idarəçisi Epşteynə məktubunda Türkiyənin mühafizəkarlığını şikayət edib - Türkiyə KİV

    Azad Cammu Kəşmirin prezidenti Sultan Mehmud Çaudri vəfat edib

    Tarixdə bu gün - 1 fevral

    Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olundu

    İran ABŞ-la müharibə iddiaları fonunda danışıqlarla bağlı açıqlama verib

    İranda ABŞ hərbçiləri üçün məzar yerləri hazırlandığı iddia olunub

    İranın Bəndər-Abbas şəhərində partlayış qaz sızması nəticəsində baş verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.