Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Şimali Afrika

    Misir İsraili ABŞ-ın atəşkəs təklifini qəbul etməyə çağırıb

    6 Sentyabr 2025 14:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Misirin Xarici İşlər Naziri Bədr Abdulati, Qəzza zolağındakı aclığın İsraildən qaynaqlandığını bildirərək, Tel-Əvivə ABŞ-ın Orta Şərq üzrə nümayəndəsi Stiven Uitkoffun atəşkəs təklifini – hansı ki HƏMAS da qəbul edib – qəbul etməsi çağırışını edib.

    AzerVoice xəbər verir ki, Abdulhati mətbuat konfransında çıxış edərkən bildirib.

    Nazir Abdulati, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini ilə Misirin paytaxtı Qahirədə mətbuat konfransı keçirib.

    "Fələstin məsələsinin məhv edilməsini rədd edirik və İsraili, Uitkoffun Qəzzada atəşkəs təklifini qəbul etməyə çağırırıq." - deyə Abdulhati qeyd edib.

    Abdulati, Qəzzadakı aclığın “tam mənası ilə bir aclıq” olduğunu, bunun insan əli ilə yaradıldığını və buna səbəb olanın "Qəzzada aclığı bir müharibə silahına çevirən" İsrail olduğunu bildirib. O, İsrailin Qəzzadakı ekspansiya siyasətini (işğalçı planlarını) rədd etdiklərini də vurğulayıb.

    İsrailin Misiri hədəf alan iddialarına da cavab verən Abdulati deyib ki, "Qahirə Rəfah sərhəd-keçid məntəqəsini hər gün 24 saat açıq saxlayır, sərhədi bağlayan İsraildir."

    Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu, Qahirənin Qəzza zolağındakı fələstinlilərin hər hansı formada köçürülməsini rədd etməsinə dair açıqlamasına ilk reaksiyasında Misiri “Qəzza sakinlərini öz torpaqlarında məhbus saxlamağı üstün tutmaqda” ittiham etmişdi.

    Misir Xarici İşlər Nazirliyi isə dünən yaydığı yazılı açıqlamada bildirib ki, Qahirə rəhbərliyi fələstinli xalqın zorla və ya könüllü şəkildə, hər hansı bəhanə ilə torpaqlarından çıxarılmasını, mülki şəxslərin və mülki infrastrukturun hədəf alınaraq köçməyə məcbur edilməsini qəti şəkildə pisləyir və rədd edir.

    Netanyahu isə 4 sentyabr tarixində “Telegram”da yayımlanan “Abu Ali Express” kanalına verdiyi müsahibədə deyib:

    “Qəzzanı tərk etmək hər bir fələstinlinin əsas hüququdur. Mən Rəfah sərhəd-keçid məntəqəsini onların çıxışı üçün aça bilərəm, amma Misir dərhal onu bağlayacaq.”

    #Qəzza #Qəzza zolağı #Misir #Yaxın Şərq #Qəzza hücumu #Yaxın Şərq münaqişəsi #Qəzza münaqişəsi #Yaxın Şərq problemləri #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Yaxın Şərq gərginliyi #Yaxın Şərqdə qeyri-sabitlik #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Yaxın Şərqdə diplomatik səylər #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzza böhranı və Qərbin mövqeyi #Stiven Uitkoff
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyənin Misir bazarına mebel satışı azalıb (ÖZƏL)

    11 Fevral 2026 09:00

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    10 Fevral 2026 16:57

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    Qahirə Universitetində Azərbaycan dili dərsləri davam edir

    9 Fevral 2026 15:50

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.