BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya, 21 şəhərdə qanunsuz mərc fəaliyyətlərinə qarşı aparılan əməliyyatlarda 43 şübhəlinin yaxalandığını açıqlayıb.
AzerVoice xəbər verir ki, onların bank hesablarında 1 milyard türk lirəsi həcmində pul dövriyyəsi müəyyən edilib.
Şübhəlilərdən 8 nəfəri həbs olunub, 29 nəfər barəsində isə məhkəmə ədli nəzarət qərarı verib. Digər şəxslərlə bağlı istintaq davam etdirilir.
İlkin araşdırmalara əsasən, saxlanılan şəxslərin internet saytları vasitəsilə qanunsuz mərc oyunları təşkil etdiyi, qeyri-qanuni pul köçürmələrinə vasitəçilik etdiyi məlum olub.
Bundan başqa, sosial media platformalarında saxta “elektrikli velosiped, mobil telefon satışı və investisiya məsləhətçiliyi” elanları yerləşdirərək vətəndaşları aldatdıqları üzə çıxıb.
Əməliyyatlar zamanı çox sayda mobil telefon, SIM kart, kompüter, bank kartı və rəqəmsal material ələ keçirilib.