BAKI, AzerVoice, Nərmin Ağayeva
NATO Türkiyə ilə bağlı rəsmi açıqlama yayıb.
AzerVoice xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte 2026-cı il Liderlər Zirvəsinin 7-8 iyul tarixlərində Türkiyənin Ankarasındakı Beştəpə Kompleksində keçiriləcəyini rəsmən elan edib.
Rutte açıqlamasında Türkiyəyə təşəkkür edərək, ölkənin 70 ildən artıqdır ki, ortaq təhlükəsizliyə əvəzsiz töhfələr verdiyini vurğulayıb.
Qeyd edək ki, bu zirvə NATO üzvlərinin strateji məsələlərdə bir-biri ilə əlaqəsini gücləndirmək və regionda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün keçirilir.