BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyədə Hakkarinin Yüksekova rayonunda meşə yanğını iki gündür davam edir.
AzerVoice xəbər verir ki, Hakkarinin Yüksekova rayonunun Dağlıca kəndi yaxınlığında, qadağan olunmuş ərazidə başlayan meşə yanğını iki gündür alovlanır. Alovun səbəbi hələ müəyyən edilməyib.
Yanğın Dağlıca, Dilekli və Dibecik kəndləri arasında yerləşən meşəlik ərazidə güclü küləyin təsiri ilə sürətlə yayılıb. Söndürmə işlərinə yanğınsöndürən briqadalarla yanaşı hərbi helikopterlər də cəlb olunub.
Qeyd edək ki, bölgədə havanın küləkli keçməsi yanğınsöndürmə işlərini çətinləşdirir.