BAKI,AzerVoice, Fərid Mikayılov
Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, xüsusilə mədəni-humanitar və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər.
Japarov qeyd edib ki, Qırğızıstan və Özbəkistan prezidentlərinin birgə səyləri nəticəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq ruhunda inkişaf etməkdə davam edir.
Saida Mirziyoyeva isə qonaqpərvərlik üçün minnətdarlığını bildirib və Prezident Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Sadır Japarova çatdırıb. O, ölkələr arasında qarşılıqlı hörmətə və qonşuluq münasibətlərinə əsaslanan yüksək səviyyəli əməkdaşlığı vurğulayıb və bu prosesdə liderlərin mühüm rolunu xüsusi qeyd edib.
Mirziyoyeva həmçinin gənclər siyasətinin inkişafının əhəmiyyətini önə çəkərək, Bişkekdə keçiriləcək “Zakovat” intellektual oyununun iki ölkə gəncləri arasında dostluq münasibətlərinin və komanda ruhunun simvoluna çevrildiyini bildirib.