BAKI, AzerVoice, Səməd Əyyubov
NATO Baş katibi Mark Rütte, ABŞ prezidenti və Avropa İttifaqı liderləri ilə keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
Məlumata görə, söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı sülh prosesində son vəziyyət müzakirə olunub. Ərdoğan və Rütte həmçinin Qara dənizin təhlükəsizliyi məsələsinə toxunublar.
Dialoqda Türkiyənin sülh prosesində və regional sabitliyin təminində oynadığı əsas rol xüsusi vurğulanıb. Tərəflər NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyənin bu prosesə verdiyi töhfəni yüksək qiymətləndirib və sıx koordinasiyanın davam etdirilməsinə razılıq bildiriblər.
Prezident Ərdoğan və Baş katib Rütte eyni zamanda reallaşdırılması mümkün və davamlı təhlükəsizlik zəmanətləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, tərəflər avqustun 14-də də telefon danışığı aparmış, Ukrayna–Rusiya müharibəsindəki son vəziyyəti, eləcə də regional və qlobal məsələləri müzakirə etmişdilər.