BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Fələstinin Türkiyə üçün milli məsələ olduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, Kurtulmuş açıqlamasında Fələstinə dəstəyin davam etdiriləcəyini vurğulayıb.
“Fələstin bizim üçün milli bir məsələdir, milli kimliyimizdən əsla ayrılmayacaq böyük bir parçasıdır və biz bunu sona qədər müdafiə etməyə davam edəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə rəsmiləri son dövrlərdə Fələstin məsələsini beynəlxalq platformalarda daimi olaraq gündəmdə saxlayır və bu mövzuda qəti mövqeyini nümayiş etdirir.