BAKI, AzerVoice, Nərmin Ağayeva
Hakan Fidan və misirli həmkarı Abdulati Qəzzadakı vəziyyəti müzakirə ediblər.
AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Misirin xarici işlər naziri Bədr Abdulati arasında telefon danışığı baş tutub.
Danışıqlarda Qəzzada davam edən atəşkəs prosesi və bölgədə humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində səylər müzakirə olunub.
Qeyd edək ki, tərəflər son aylarda bölgədə artan gərginliyin azaldılması və humanitar yardımın çatdırılması üçün diplomatik təmaslarını intensivləşdiriblər.