BAKI, AzerVoice, Nərmin Ağayeva
İsrailin Qəzza zolağına hücumları nəticəsində 5-i uşaq olmaqla 24-dən çox fələstinli həlak olub.
AzerVoice xəbər verir ki, səhər saatlarından etibarən İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində məcburi köçkünlərin yerləşdiyi çadırları, dinc əhalinin toplandığı əraziləri və humanitar yardım gözləyənləri hədəf alıb. Hücumlarda 5-i uşaq olmaqla ümumilikdə azı 24 fələstinli həyatını itirib, bir çoxu yaralanıb.
Məlumatlara görə, hücumlar Sabra və Deyr Bəlax məhəllələrinə, Bassa rayonundakı ailə çadırlarına, Xan Yunis və Rəfah bölgələrinə yönəldilib. İsrail qüvvələrinin artilleriya atəşləri və bombalamaları nəticəsində evlər dağılıb, yardım paylama məntəqələrinə yaxın olan ərazilərdə də hadisələr baş verib.
Qeyd edək ki, bu hücumlar bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırır və dinc əhali arasında itkilərə səbəb olur.