Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    2024-cü ildə 400-ə yaxın humanitar işçi öldürülüb - BMT

    19 Avqust 2025 09:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    2024-cü il humanitar işçilərin ən çox öldürüldüyü il kimi tarixə düşüb.

    AzerVoice xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) ötən il 383 humanitar işçinin öldürüldüyünü açıqlayıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

    UNOCHA-nın 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə bağlı yaydığı bəyanatda, humanitar işçilərə qarşı zorakılığın əvvəlki illə müqayisədə 31 faiz artdığı vurğulanıb. Ölənlərin əksəriyyətinin öz icmalarına xidmət edən yerli işçilər olduğu, onların vəzifə başında və ya evlərində hücuma məruz qaldıqları bildirilib. Bəyanata görə, 2024-cü ildə 308 yardımçı yaralanıb, 125 nəfər qaçırılıb, 45 nəfər isə nəzarətə götürülüb.

    Məlumatda 181 yardım işçisinin Qəzzada, 60-nın isə Sudandakı qarşıdurmalar nəticəsində həlak olduğu qeyd edilib. 2025-ci ilin ilk səkkiz ayında da bu tendensiyanın davam etdiyi, avqustun 14-nə qədər 265 humanitar işçinin öldürüldüyü açıqlanıb.

    Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 2024-cü ilin mayında qəbul etdiyi 2730 saylı qətnamə ilə münaqişə tərəflərini və üzv dövlətləri humanitar işçilərin qorunması öhdəliyini yerinə yetirməyə çağırıb. BMT rəsmiləri isə məsuliyyətin təmin olunmamasını beynəlxalq laqeydliyin göstəricisi adlandıraraq, günahkarların cəzalandırılmasını tələb ediblər.

    #Qəzza zolağı #BMT #Sudan #humanitar böhran #BMT Təhlükəsizlik Şurası #Beynəlxalq humanitar yardım #Humanitar yardım təşəbbüsləri #UNOCHA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS VƏ Fəth Misirdə Trampın Qəzza planını müzakirə edib

    25 Oktyabr 2025 18:55

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Qətər BMT Nizamnaməsinə sadiqliyini bir daha təsdiqləyib

    25 Oktyabr 2025 15:06

    İran, Rusiya və Çin MAQATE-yə ortaq məktub göndərib

    25 Oktyabr 2025 10:02

    Pakistan beynəlxalq ictimaiyyəti Suriyaya dəstəyi davam etdirməyə çağırır

    25 Oktyabr 2025 09:14

    2025-ci ilin əvvəlindən bəri Livandan 300 minə yaxın suriyalı qaçqın vətəninə qayıdıb - BMT rəsmisi

    25 Oktyabr 2025 09:11

    Türkiyə, İordaniya və Misir Qəzzaya yardım və atəşkəs addımlarını müzakirə edib

    24 Oktyabr 2025 16:53

    Qəzzada HƏMAS idarəçilikdə yer ala bilməz - Rubio

    24 Oktyabr 2025 15:16

    Qərb Sahilinin ilhaqı beynəlxalq hüququn kobud pozulmasıdır - BMT

    24 Oktyabr 2025 15:10

    İsrailin məqsədi Qəzzanı yaşanılmaz hala gətirməkdir - İsrailli antropoloq

    24 Oktyabr 2025 12:47

    Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə 1-ci BMT Regional Turizm Konfransı keçirilib

    24 Oktyabr 2025 11:45

    İran Qərb sahilinin ilhaq qərarını Fələstinin məhv planının bir hissəsi hesab edir

    24 Oktyabr 2025 09:39
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Rusiyaya xalça ixracı 14 milyon dolları keçib (ÖZƏL)

    PKK Türkiyədən çıxır

    Türkiyənin Tekirdağ limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    Siyasət mənim qanımdadır - Kamala Harris

    Türkiyəyə Azərbaycandan nefti ixracı 70 faizə yaxın azalıb

    Türkiyədən Türkmənistana avtomobil ixracı azalıb (ÖZƏL)

    Diyarbəkir hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

    Yuxuda akkоrdеоn görmək

    Bu gün Corc Buş “Patriot Aktı”nı imzaladı: ABŞ-da terrorla mübarizədə yeni mərhələ başladı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.