BAKI, AzerVoice, Səməd Əyyubov
NATO ölkələrinin müdafiə nazirləri çərşənbə günü Ukrayna ilə bağlı videokonfrans keçirməyi planlaşdırır.
AzerVoice xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Digər tərəfdən, Avropa İttifaqı (Aİ) ölkələri isə Vaşinqtonda aparılan danışıqların yekunlarına həsr olunmuş təcili onlayn sammiti başa çatdırır. Görüşün əsas mövzusu hərbi əməliyyatların başa çatması halında NATO qoşunlarının Ukraynaya göndərilməsi məsələsinin müzakirəsi olub.