13
BAKI,AzerVoice
Türkiyədə müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul sədri Özgür Çelik barəsində saxlanılma qərarı verilib.
AzerVoice xəbər verir ki, İstanbulda keçirilən son seçkilərlə bağlı saxtakarlıq iddiaları üzərindən rəsmi istintaq başladılıb.
İstintaq çərçivəsində Özgür Çelik də daxil olmaqla bir sıra şəxslərin ifadələrinin alınması üçün İstanbul Təhlükəsizlik İdarəsinin Cinayətlərlə Mübarizə Şöbəsinə göstəriş verilib.
Hazırda hadisə ilə bağlı istintaq davam edir. CHP rəhbərliyindən hələlik rəsmi açıqlama verilməyib.