Əsas səhifə » 37 yaşlı Meksikalı boksçu döyüşdən bir neçə saat sonra vəfat edib

37 yaşlı Meksikalı boksçu döyüşdən bir neçə saat sonra vəfat edib

BAKI, AzerVoice

ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilən turnirdə meksikalı boksçu Pedro Antonio Rodrigez amerikalı Filip Vellə döyüşdən sonra dünyasını dəyişib.

AzerVoice xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.

Məlumata görə, altı raundlu qarşılaşmada 55,22 kq çəki dərəcəsində döyüşən Rodrigez hakimlərin yekdil qərarı ilə məğlub olduqdan sonra otel otağına qayıdıb və digər iştirakçılarla nahara qatılmağa hazırlaşıb. Lakin aşağı enmədiyi üçün otel heyəti ertəsi gün onun cəsədini otaqda aşkarlayıb. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

37 yaşlı Rodrigezin peşəkar karyerası 2007-ci ildən başlayıb. O, ümumilikdə 15 qələbə (7-si nokautla), 26 məğlubiyyət və üç heç-heçə ilə rinqi tərk etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice