BAKI, AzerVoice
İstanbul mərkəzli olmaqla ölkənin 6 şəhərində və Norveçin paytaxtı Osloda aparılan narkotik əməliyyatları nəticəsində ümumilikdə 365 kiloqram narkotik vasitə ələ keçirilib, 26 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabından paylaşım edib.
Nazir Yerlikaya bu barədə sosial media hesabında paylaşım edərək qeyd edib ki, İstanbul, Niğdə, Mersin, Adana, Konya və Muğla vilayətləri ilə yanaşı Norveçin Oslo şəhərində də narkotik ticarətinə qarşı koordinasiyalı əməliyyatlar həyata keçirilib.
“Əldə edilən məlumatlara əsasən, aparılan istintaq-əməliyyat tədbirləri zamanı toplamda 365 kiloqram narkotik vasitə, müxtəlif miqdarda metamfetamin və iki ədəd dəqiq ölçən elektron tərəzi ələ keçirilib,” – deyə nazir qeyd edib.
Əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olduqları ehtimal edilən 26 şübhəli saxlanılıb. Onlardan 17-si barəsində həbs qətimkan tədbiri seçilib, 7 nəfər isə məhkəmənin qərarı ilə məhkəmə nəzarətinə buraxılıb.