10
BAKI, AzerVoice
Türkiyə Böyük Millət Məclisinə (TBMM) bir sıra siyasətçilərə aid toxunulmazlığın ləğvi ilə bağlı yeni sənədlər təqdim edilib.
AzerVoice xəbər verir ki, sənədlər arasında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri və Manisa millət vəkili Özgür Özəl aid dosyalar da yer alır.
Hazırda komissiyada müzakirəyə göndərilən toxunulmazlıq sənədləri aşağıdakı deputatlara aiddir:
- CHP Sədri və Manisa millət vəkili Özgür Özəl
- İYİ Partiya Qrup rəhbəri və Balıkəsir millət vəkili Turhan Çömez
- CHP İstanbul millət vəkili Turan Taşkın Özer
Komissiyanın qərarından sonra toxunulmazlığın qaldırılıb-qaldırılmayacağı barədə TBMM Plenar İclasında səsvermə keçiriləcək..