Əsas səhifə » Fransada yanğınlar səbəbilə Marsel hava limanı bağlanıb

Fransada yanğınlar səbəbilə Marsel hava limanı bağlanıb

BAKI, AzerVoice

Fransanın cənubunda yerləşən Marsel şəhəri yaxınlığında baş verən meşə yanğınları səbəbindən şəhərin beynəlxalq hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

AzerVoice xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 12:12-dən (Bakı vaxtı ilə 14:12) etibarən bütün uçuşlar ləğv edilib. Sərnişinlər terminal binasında gözləmək məcburiyyətində qalıblar.

Təxminən 900 min nəfərin yaşadığı Marsel şəhərində dəmiryolu vağzalları da bağlanıb. Şimal rayonlarından əhalinin təxliyəsinə başlanılıb. Prefektura sakinlərə vacib olmadıqca avtomobillə küçəyə çıxmamağı tövsiyə edib ki, yanğınsöndürən texnikanın hərəkətinə maneə yaranmasın.

Fransa Milli Meteorologiya Xidməti "Météo France", iyulun 8-də ölkənin cənubundakı Var, Voklyuz və Buş-dü-Ron departamentlərində meşə yanğınları ilə bağlı ən yüksək təhlükə səviyyəsini – qırmızı xəbərdarlığı elan edib. Marsel şəhəri Buş-dü-Ron departamentinin inzibati mərkəzidir.

Digər Kateqoriyalar

2025 © Azervoice