Əsas səhifə » Ərdoğan və Paşinyan arasında görüş keçirilib

Ərdoğan və Paşinyan arasında görüş keçirilib

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

AzerVoice xəbər verir ki, görüş İstanbuldakı Dolmabahçe sarayında keçirilib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak ediblər.

Qeyd edək ki, Paşinyan bundan əvvəl 2023-cü ilin iyun ayında Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər etmişdi.

Əlavə edək ki, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra, 1993-cü ildən etibarən bu ölkə ilə diplomatik əlaqələrini kəsib. Bu, uzun illərdən sonra Ermənistandan Türkiyəyə baş nazir səviyyəsində edilən ilk rəsmi səfərdir.

Digər Kateqoriyalar

2025 © Azervoice