10
BAKI, AzerVoice
İranın şimalında 5,1 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Yerli orqanlar vəziyyəti izləməkdə davam edirlər.