Əsas səhifə » İzmirin Kınık rayonunda meşə yanğını davam edir

İzmirin Kınık rayonunda meşə yanğını davam edir

BAKI, AzerVoice

İzmirdə meşə yanğınında alovlara qarşı hava və quru qüvvələri ilə müdaxilə aparılır.

AzerVoice xəbər verir ki, İzmirin Kınık rayonunun Hamzahocalı məhəlləsində meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğının söndürülməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Yanğının qarşısını almaq üçün İzmir Meşə Region Müdirliyinə məxsus 5 təyyarə, 7 helikopter, 28 su tenderi, 10 su təchizatı maşını və 3 dozer hadisə yerinə cəlb edilib. Əraziyə göndərilən komanda və texnikalar həm havadan, həm də qurudan alovlara qarşı intensiv mübarizə aparır.

Qeyd edək ki, yay aylarında Türkiyənin bir çox bölgəsində meşə yanğınları tez-tez baş verir. Səlahiyyətli qurumlar və fövqəladə hallar qüvvələri bu halların qarşısını almaq üçün davamlı olaraq hazır vəziyyətdə saxlanılır.

Digər Kateqoriyalar

2025 © Azervoice