Əsas səhifə » ASELSAN-dan 70,6 milyon avroluq müqavilə imzalayıb

ASELSAN-dan 70,6 milyon avroluq müqavilə imzalayıb

BAKI, AzerVoice

Sürətli qatarlarda istifadə olunacaq alt sistemlərin tədarükü üçün ASELSAN ilə Türkiyə Dəmiryol Sistemi Vasitələri Sənaye A.Ş. (TÜRASAŞ) arasında 70 milyon 626 min avro dəyərində müqavilə imzalanıb.

AzerVoice xəbər verir ki, ASELSAN, İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada yeni bir iş əlaqəsi barədə məlumat verib.

“ASELSAN ilə Türkiyə Dəmir Yolu Sistemləri Sənayesi AŞ (TÜRASAŞ) arasında sürət qatarlarında istifadə olunacaq alt sistemlərin təchizatını əhatə edən ümumi dəyəri 70 milyon 626 min avro olan müqavilə imzalanmışdır. Müqavilə çərçivəsində təhvil-təslim prosesi 2025–2028-ci illər ərzində həyata keçiriləcək.” - deyə qeyd edilib.

Qeyd edək ki, ASELSAN uzun illərdir yerli və milli texnologiyaların inkişafında əsas lokomotivlərdən biri kimi çıxış edir və Türkiyənin strateji texnoloji müstəqillik yolunda önəmli rol oynayır.

Digər Kateqoriyalar

2025 © Azervoice