6
BAKI, AzerVoice
Rusiya, Kiyev razı olacağı təqdirdə, 3 minə yaxın həlak olmuş ukraynalı hərbçinin cəsədini Ukrayna tərəfinə təhvil verməyə hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri Vladimir Medinski jurnalistlərə açıqlamasında bildirib.
“Təxminən 3 min cəsəd Ukrayna tərəfinə göndərilməyə hazırdır. Bu cəsədlər soyuducu konteynerlərdə saxlanılır. Bizim hərbçilər onları təhvil verəcək ki, yaxınları onları tanıya, xristian qaydalarına uyğun şəkildə dəfn edə bilsin” - deyə, Medinski bildirib.