4
BAKI, AzerVoice
Nazir Hakan Fidan Moro İslam Azadlıq Cəbhəsinin lideri Hacı Murad İbrahimi qəbul edib.
AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Filippin Moro İslam Azadlıq Cəbhəsinin (MILF) lideri Hacı Murad İbrahimi İstanbulda qəbul edib.
Xarici İşlər Nazirliyinin rəsmi X (keçmiş Twitter) hesabında yayılan məlumata əsasən, görüş zamanı ikitərəfli əlaqələr, sülh prosesi və regional inkişaf məsələləri müzakirə olunub.
Qeyd edək ki, Moro İslam Azadlıq Cəbhəsi Filippinin cənubunda müsəlmanların haqlarının müdafiəsi və muxtariyyət uğrunda mübarizə aparan əsas təşkilatlardan biridir. Türkiyə uzun illərdir bu regionda sülh proseslərinə dəstək verir.