Əsas səhifə » İsrail Livanın cənubuna hava zərbələri endirib

İsrail Livanın cənubuna hava zərbələri endirib

BAKI, AzerVoice

İsrail ordusu, Livanın cənubunda “Hizbullah”a məxsus hərbi obyektlərə hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Hibullah"a məxsus raket infrastrukturu, o cümlədən raket buraxılış qurğuları və silah-sursat anbarlarını hədəf alıb.

İsrail tərəfi iddia edir ki, “Hizbullah” qüvvələri bu bölgələrdə öz fəaliyyətlərini bərpa etməyə çalışır. Ordunun açıqlamasında qeyd olunub: “Hizbullahın mövcudluğu və fəaliyyəti, İsrail ilə Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasıdır. İsrail Müdafiə Ordusu, İsrail Dövlətinə yönəlmiş istənilən təhdidi aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək.”

Digər Kateqoriyalar

2025 © Azervoice