Əsas səhifə » Türkiyə Prezidenti Ərdoğan İslam Əməkdaşlığı Gənclik Forumu (ICYF) tərəfindən təltif olunub

Türkiyə Prezidenti Ərdoğan İslam Əməkdaşlığı Gənclik Forumu (ICYF) tərəfindən təltif olunub

İstanbul, AzerVoice

İslam Əməkdaşlığı Gənclik Forumu (ICYF) tərəfindən təşkil olunanan “Böyük Gənclik Mükafatı Mərasimi”ndə dünya gəncliyi adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şərəf mükafatı təqdim edilib.

Forum haqqında açıqlama verən ICYF prezidenti Taha Ayhan, “İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Konfransının qərarı ilə, İslam Əməkdaşlığı Gənclik Forumunun yaradılmasının 20 illiyi münasibətilə, Türkiyə və dünya gəncliyinə göstərdiyi davamlı dəstəyə görə hörmətli Prezidentimizə bu mükafatı təqdim etməkdən böyük qürur duyuruq. Cənab Prezident, gənclərin səsi olmağı bacaran nadir liderlərdəndir. Bu mükafat, dünya gəncliyinin onun liderlik vizionuna, ədalət və həmrəylik çağırışına verdiyi güclü təşəkkürün ifadəsidir.”- deyə bildirib.

Qeyd edək ki, bu gün, İstanbulda İslam Əməkdaşlığı Gənclik Forumu (ICYF) tərəfindən təşkil olunan “Böyük Gənclik Mükafatı Mərasimi” keçirilir. Forum Haliç Universitetində baş tutub.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və eləcə də, dünyanın müxtəlif ölkələrindən gəlmiş gənclər, liderlər və rəsmi qonaqlar qatılıblar.

Forum çərçivəsində gənclərin qlobal proseslərdə rolu, innovasiya, liderlik və əməkdaşlıq imkanları müzakirə olunur. Tədbir həmçinin İslam dünyasında gənclərin birliyini gücləndirməyi və ortaq platformalar yaratmağı hədəfləyir.

Məlumat üçün bildirək ki, İslam Əməkdaşlığı Gənclik Forumu (ICYF) 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin gəncləri arasında əməkdaşlığı, həmrəyliyi və inkişafı təşviq etmək məqsədilə yaradılıb. Mərkəzi İstanbulda yerləşən təşkilat, İƏT-in rəsmi gənclik qurumu olaraq fəaliyyət göstərir. ICYF müxtəlif beynəlxalq forumlar, təlim proqramları, təşəbbüslər və mükafatlandırma mərasimləri vasitəsilə gənclərin liderlik bacarıqlarını artırmağı və qlobal səviyyədə dialoq imkanlarını gücləndirməyi qarşısına məqsəd qoyub.

Digər Kateqoriyalar

2025 © Azervoice