7
BAKI, AzerVoice
Egey dənizində 4,8 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 19:19-da baş verib. Zəlzələnin episentri Yunanıstana məxsus Amorqos (Yamurgi) adası yaxınlığında yerləşib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ, xüsusilə Türkiyənin Muğla bölgəsinin sahil zolaqlarında hiss olunub.
AFAD-ın məlumatına görə, zəlzələnin Türkiyə sahillərinə ən yaxın nöqtəsi Muğlanın Bodrum rayonundan 124 kilometr məsafədə yerləşir.
Hazırda hər hansı bir tələfat barədə məlumat verilməyib. Rəsmi qurumlar bölgədəki vəziyyəti diqqətlə izləyir.