Əsas səhifə » İstanbul danışıqlarında irəliləyiş ehtimalı var - Türkiyə XİN

İstanbul danışıqlarında irəliləyiş ehtimalı var - Türkiyə XİN

BAKI, AzerVoice

İstanbul danışıqları mənfi nəticə verməyib.

AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarına dair açıqlama verib.

O bildirib ki, danışıqlarda hər hansı mənfi nəticə qeydə alınmayıb.

Nazirlik rəsmisi qeyd edib ki, Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşdə tərəflər arasında müsbət dinamika müşahidə olunub və müzakirələrin davam etdirilməsi üçün əsasların qorunduğu təsdiqlənib.

Qeyd edək ki, iyunun 2-də İstanbulda keçirilən Türkiyə-Rusiya-Ukrayna üçtərəfli toplantısı atəşkəs və humanitar məsələlərin müzakirəsi məqsədilə təşkil olunmuşdu. Görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice