Əsas səhifə » Ömər Bolat Parisdə OECD Nazirlər Şurasının iclasında iştirak edib

Ömər Bolat Parisdə OECD Nazirlər Şurasının iclasında iştirak edib

BAKI, AzerVoice

Türkiyənin Ticarət Naziri Ömər Bolat, Fransanın paytaxtı Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş Qərargahında təşkil olunan Nazirlər Şurasının iclasında iştirak edib.

AzerVoice-un məlumatına görə, bu barədə Bolat "X" sosial şəbəkəsində paylaşım edib.

Bolat, paylaşımında iclasa 40-dan çox ölkədən nazirlər və beynəlxalq təşkilat rəhbərlərinin qatıldığını bildirib.

Nazir, İclasda qlobal iqtisadiyyatda baş verən struktur dəyişiklikləri çərçivəsində ticarət siyasətinin mövqeyi və qlobal problemlərlə qarşılaşarkən beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edildiyini qeyd edib. O həmçini bildirib ki, iştirakçı ölkələrlə dünya iqtisadiyyatındakı son inkişaflar barədə də fikir mübadiləsi aparılıb.

Bolat, bu ölkələrlə rəqəmsal ticarət və yaşıl keçid siyasətlərinə uyğunlaşma prosesində daha ədalətli, əhatəli və qarşılıqlı faydaya əsaslanan qlobal iqtisadi sistemin qurulması üçün çalışmalarını qətiyyətlə davam etdirəcəklərini vurğulayıb.

“Qlobal bazar payını artıran, dünya ticarətinin mərkəzində yer alan strateji mövqeyi ilə önə çıxan ölkəmizin prioritetlərini hər platformada olduğu kimi OECD çərçivəsində də vurğulamağa davam edəcəyik” - deyə, Nazir qeyd edib.

Bolat, Fransada keçirilən OECD Nazirlər Şurası iclasında çoxsaylı ölkə rəsmiləri ilə yanaşı, Sinqapur, Bolqarıstan və İsveçrə nazirləri ilə görüşdüyünü bildirib. O, Avropa Komissiyasının (AK) Ticarət üzrə Komissarı Maros Şefçoviç ilə də görüş keçirdiklərini deyib.

Bolat, Şefçoviç ilə Türkiyə-Aİ ikitərəfli ticarət əlaqələri, çoxtərəfli ticarət sisteminin islahatı kontekstində əməkdaşlıq imkanları və gələcəkdə həyata keçiriləcək işlər barədə məsləhətləşdiklərini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice