Əsas səhifə » Terrorsuz Türkiyə Türk xalqının əbədi bayramı olacaq - Bahçeli

Terrorsuz Türkiyə Türk xalqının əbədi bayramı olacaq - Bahçeli

BAKI, AzerVoice

Terrorsuz Türkiyə Türk xalqının əbədi bayramı olacaq, gələcəyə və gələcəyin ümid dolu nəslinə əmanət ediləcək.

AzerVoice xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Qurban bayramı münasibətilə yayımladığı yazılı açıqlamada deyib.

Bahçeli açıqlamasında bütün vətəndaşların bayramını təbrik edərək bayramların milli və mənəvi həmrəyliyi, birlik və qardaşlıq içində yaşamağın müqəddəs dövrləri olduğunu vurğulayıb.

Bahçeli “Terrorsuz Türkiyə” prosesinə də toxunaraq, bu prosesin Türkiyə üçün tarixi bir qazanım olacağını bildirib.

Bahçeli çıxışının sonunda Türk xalqının bayramını təbrik edib, dünyadakı müsəlmanlara da sülh, rifah və ədalət arzulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice