Əsas səhifə » Suriya raketlərə görə cavab verəcək - İsrail naziri

Suriya raketlərə görə cavab verəcək - İsrail naziri

BAKI, AzerVoice

İsrail müdafiə naziri Yisrael Katz Suriyanı raket hücumlarına görə açıq şəkildə hədələyib.

AzerVoice xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz Suriyadan Colan təpələrinə atılan raketlərə görə prezident Əhməd əl-Şəraanı məsul tutaraq, ölkəsinin yaxın zamanda Suriyaya hərbi cavab verəcəyini bildirib.

Katz X hesabında yayımladığı açıqlamada, “İsrailə qarşı atılan hər raket və edilən hər təhdidə görə Suriya rəhbərliyi birbaşa məsuliyyət daşıyır” - deyə qeyd edib. İsrail ordusu Suriyadan iki raketin atıldığını, bunların Colan təpələrində açıq əraziyə düşdüyünü iddia edib. Ardınca İsrail tərəfindən artilleriya atəşi başladılıb.

Qeyd edək ki, SANA agentliyi İsrailin artilleriya zərbələrinin Dəranın qərbində yerləşən Yarmuk hövzəsini hədəf aldığını bildirib. 2024-cü il dekabrın 8-də İsrail bufer zonanı işğal edib və ordusu Dəməşqin 20 km-liyinə qədər irəliləyib. Həmin gündən etibarən Suriyada müxtəlif hədəflərə dəfələrlə hava zərbələri endirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice