Əsas səhifə » Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 48 milyon 766 min 46 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 219 milyon 149 min 75 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq, 13 milyard 147 milyon 227 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 2 milyard 767 milyon 723 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 30 milyard 328 milyon 576 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice