BAKI, AzerVoice
Braziliya prezidenti Lula da Silva Qəzzada baş verənləri açıq şəkildə “soyqırım” adlandırıb.
AzerVoice xəbər verir ki, Braziliya
prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzaya hücumlarına
münasibət bildirərək, bu hadisələrin müharibə ilə əlaqəsi
olmadığını və bölgədə qadınlarla uşaqların məqsədli şəkildə
öldürüldüyünü vurğulayıb.
“Qəzzada baş verənlər soyqırımdır. Qadınları, uşaqları öldürürlər,
uşaqları aclıqdan qırırlar. Bu, insanlıq adına utancdır” - deyə O,
bəyan edib. Lula, İsrailin Fələstin xalqına qarşı daha həssas
davranmalı olduğunu bildirərək, yalnız Fələstin dövləti azad və
suveren olduqda sülhün mümkün olacağını qeyd edib.
Qeyd edək ki, prezident Lula daha əvvəl də İsrailin hava hücumunda 10 övladından 9-nu itirən fələstinli həkimlə bağlı paylaşım edərək, hadisəni “utancverici və qorxaq hücum” adlandırmış, mülki əhaliyə qarşı aparılan müharibəni qeyri-insani və qəddar olaraq qiymətləndirmişdi.