BAKI, AzerVoice
Azadlıq Donanması Koalisiyasına (FFC) məxsus yardım gəmisi yaxınlığında pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.
AzerVoice xəbər verir ki, Avropa
Parlamentinin fransalı üzvü Rima Hassan Qəzzaya humanitar yardım
aparan Azadlıq Donanması Koalisiyasının gəmisi yaxınlığında
pilotsuz təyyarənin göründüyünü açıqlayıb.
O, X hesabında paylaşdığı videoda “Bu, sadəcə müşahidə aparatı,
yoxsa hücum məqsədli PUA-dır, bilmirik. Ona görə də tədbir görürük”
- deyə bildirib. QHT-nin yaydığı məlumata görə, “Madleen” adlı
yelkənli qayığın üzərindən uçan pilotsuz aparat qeydə alınıb və
ictimaiyyətə bu missiyanı diqqətlə izləmək çağırışı edilib. İsrail
ordusu isə gəmiyə qarşı addım atmağa hazırlaşdıqlarını
bildirib.
Qeyd edək ki, Qəzzaya qarşı blokadanı yarmaq məqsədilə təşkil olunan son missiyada yelkənli “Madleen” gəmisi 1 iyun tarixində İtaliyanın Kataniya şəhərindən yola düşüb. Gəmidə 12 nəfər, o cümlədən isveçli fəal Qreta Tunberq və irlandiyalı aktyor Liam Kanninqem də iştirak edir. Mayın 2-də isə koalisiyanın başqa bir gəmisi – “Vicdan” – Malta sahillərində pilotsuz aparatların hücumuna məruz qalmışdı.